Moskvanın bütün ticarət mərkəzlərinə bomba qoyulması təhlükəsi ilə bağlı Ukraynadan anonim məlumatlar daxil olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hazırda bütün ticarət mərkəzlərində yoxlamalar aparılır.
“Ukraynadan elektron poçta Moskvadakı bütün ticarət mərkəzlərinə bomba qoyulması barədə məlumat daxil olub”, – deyə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.//APA
