Avqustun 5-də axşam Ermənistanın müdafiə naziri Arşak Karapetyan İrəvanda Dağlıq Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Arşak Karapetyan həmsöhbəti ilə Azərbaycan ordusu ilə təmas xəttindəki vəziyyəti, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı missiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.
