Müəllimlər üçün vacib məlumatbackend

Müəllimlər üçün vacib məlumat

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır.

KONKRET.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumat göndərilib.

Sənədlərin yoxlanılması sentyabrın 28-29-da həyata keçiriləcək. Prosesdə 288 müəllimin iştirakı nəzərdə tutulur. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*