Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcəkbackend

Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək

Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanı muxtar bölgəsində yerləşən Zlikan hərbi bazasındakı kontingenti 2026-cı ilin sonunadək tamamilə çıxarılacaq.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu İraqın Baş nazirinin və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəsmi nümayəndəsi Əli əz-Zeydi Sabah ən-Numan “Al-Iraqiya News” telekanalına açıqlamasında deyib.

“Başika bölgəsində yerləşən Zlikan düşərgəsindən Türkiyə qüvvələrinin mərhələli çıxarılmasına noyabr ayında başlanılacaq”, – Əli əz-Zeydi bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, Türkiyənin bazadakı hərbi mövcudluğu ilin sonunadək başa çatacaq və obyekt İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə veriləcək.

Ən-Numan bildirib ki, İraq-Türkiyə birgə təhlükəsizlik komitəsi artıq Zlikan bazasının təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, prosesin müəyyən edilmiş müddətdə yekunlaşdırılması üçün komitənin fəaliyyəti yaxın vaxtlarda daha da intensivləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*