backend

"Müəllimlərin işə qəbulu ilə bağlı ciddi problemlər var" - AÇIQLAMA

Elçin Əfəndi

Məlum olduğu kimi, hər il müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir. Burada ziddiyətli məqamlar var. Ən azı ona görə ki, verdiyimiz təhsili bir də imtahan edirik. Düzdür ki, burada şəffaflıq əsas götürülür. Amma düşünürəm ki, bunu başqa üsulla da həll etmək mümkündür. Keçim əsas məsələyə. Deməli, müəllimlərin işə qəbulu imtahanında ixtisas, məntiq və kurikulum sualları bu ilə qədər istifadə olunurdu. Bu ildən isə ixtisas, pedaqogika və kurikulum sualları imtahanda yer alacaq. Amma təəssüfləndirici məqam ondan ibarətdir ki, bunların heç biri ilə bağlı ədəbiyyat siyahısı yoxdur. Məsələn, Dövlət İmtahan Mərkəzi bütün növ imtahanlarında demək olar ki, hazırlıq üçün ədəbiyyat siyahısını verir. Hazırlıq keçən namizəd üçün ədəbiyyat siyahısı mayak rolunu oynayır. Amma MİQ imtahanında bu belə deyil. Məhz bu natamamlıq da bəzi işbazların, pulbazların qazanc mənbəyinə çevrilir. Sloqanları da aşağıdakı kimi:

– Bütün suallar bu kitabdan düşəcək.

– Testlər yalnız buradan istifadə olunacaq.

– Hamısı bu kitabda var.

və s. və ilaxır. 7-8 ay hazrılıq keçən müəllim onsuz da kifayət qədər xərcə düşüb və bir də gündə çıxan kitablar və onların işbaz müəlliflərinə görə bir də əlavə xərcə düşür. Hələ bu pandemiya dövründə, işsizliyin mövcud olduğu vaxtda baş verirsə, siz imtahan verəcək müəllimləri düşünün.

Ötən illərə qədər Malik Aranlı və Ceyhunə Yusifovanın tərtib etdikləri dərsliklərdən istifadə olunurdu. Sonra bir neçə müəllif də dərslik çap etdi. Bir neçə ay öncə tanıdığım dostların “Kurikulum bələdçisi” adlı dərslikləri də çap olundu. Düz bir həftə olar ki, yeni bir müəllif çıxıb ortaya və bütün hər kəsə deyir ki, suallar mənim kitabımdan düşəcək və beləcə namizədlər təşvişə düşür. Dərhal kitab mağazasına hücüm. Kitab da neçəyə olsa yaxşıdır? Nə az, nə çox düz 15 AZN. Təklif edirəm ki, bu adamı marketinq sahəsi üzrə məsul bir işə dəvət edək. Belələri bu sahədə daha çox qazanc əldə edə bilərlər.
Yaxın günlərdə sınaq imtahanı oldu. İşi elə qurublar ki, deməli həmin sınaqda düşən suallar dediyim 15 manatlıq kitaba əsaslanıb. Nə gözəl iş qurulub deyilmi? Müəllimləri manipulyasiya edərək qazanc götürmək.

Bütün bunları Təhsil Nazirliyi niyə müşahidə edərək, susur?

İnsan Resursları Mərkəzi, bəlkə vahid ədəbiyyat siyahısı elan etməyin zamanıdır deyə bu barədə fikir bildirəsiniz.

Əgər vahid dərsliyə əsaslanmırsınızsa, o zaman belə işbazların dərslikləri əsasında sual hazırlanmasın.
Müəllimlər indi həyəcan içərisindədi. Bəziləri pandemiya vəziyyətinə görə, bir çoxu MİQ-də iştirak edə bilməyəcəyinə görə zatən stres keçirirlər. Bir də onları hansısa dəllal, kələkbaz əli ilə vurmayaq!

Kurikulumdan suallar demirəm ki, düşməsin (Əslində düşməməsi daha gözəl olardı). Amma zəhmət olmasa, deyilənləri nəzərə alın. Vahidlik prinsipinə uyğun addım ataq.

İxtisas üzrə ədəbiyyat siyahısını açıqlayın.

Kurikulum üzrə ədəbiyyat siyahısını açıqlayın.

Pedaqogika üzrə ədəbiyyat siyahısını açıqlayın.

Mövzuları açıqlamaq əsas deyil. Əsas ədəbiyyat siyahısıdır ki, hər yerindən duran müəllif “gördünüz mənim kitabımdan düşdü”, “hamısı mənim suallarım idi” kimi fikirlərlə ajiotaj yaratmasınlar və bu vəziyyətdən yararlanaraq öz xeyirlərini güdməsinlər.

Yekun olaraq ədalətin bərqərar olmasına inanıram.

 

  • Nurlana
    İyul 20, 2020 - 15:39

    ALLAH SIZDEN RAZI OLSUN ELCIN MUELLIM.HEQIQETEN COX CETINDIR KIM HANSI KITAB DESE ONU ALIRAM HAMISINI OXUYUB CATDIRMASAQDA AXIRDADA IMTAHANNAN KESILIREM MEKTEBDE ISLEYEN ILLERIN MELLIMIDE IMYLTAHAN VERIR MENDE O ISLEYIR NISBETEN COX BILIR DERS DEDIYIB ACILISIB MENDE ISLEMEYEN KESILIREM EDALETSIZLIKDI ONSUZDA BU DUNYADA YA DAYIN OLMALIDI YADA PULUN

  • Nurlana
    İyul 20, 2020 - 15:40

    Haqsizliqdir

  • Sahin mamedov
    İyul 20, 2020 - 16:45

    Beli duzdur.Axirki menim ureyimnen kecenleri bir nefer de olsa dile getirdi.4 cu defedi artiq imtahan verecem.her defe bir hoqqa ile qarsilasram.

  • Aygul
    İyul 20, 2020 - 16:50

    Var olasiz cox duzdur.ad cekib reklam etmek istemirem amma hamimiza melumdur 0 mewhur kitab.ilboyu da dediyi o oldu ki menim kitabimman duwecek.ve bu sinaqfan sonra dedi ki her wey goz onundedir gorduzki butin suallar menim idi.Alalh komeyiniz olsun ki bele gozel movzuya toxundunuz

  • Pərvanə
    İyul 20, 2020 - 17:34

    Çox düz buyurursunuz Elçin müəllim

  • Mila
    İyul 20, 2020 - 17:52

    Salamlar MİQ işə qəbul zamani elektron ərizədə müəllimlik sözü vurlmasa imtina gələ bilər ona xahis edorem bilən varsa cavab yazsın 2019 cu il bitirib

  • Ferqane
    İyul 20, 2020 - 17:55

    Tamamile raziyam sizinle.Cox sagolun ki,problemleri gorub en esasi dile getirirsiniz.Cunki goren coxdu ,mesele ortaliqa cixarib, muzakireye vermekdi.

  • Aytac
    İyul 20, 2020 - 22:29

    Bu dediklerinizde haqlisiz lakin gerek bunlari 1nece ay öncə nəzərə alardilar. Çünki artıq miq imtahanına günlər galib.

  • Pervane
    İyul 20, 2020 - 23:15

    Ümumiyyətlə bu kurikulum suallarının kimə və nəyə faydası var, fənnini bilən müəllim kurikulum suallarını bilmirsə bu ödəmək deyil ki o şagirdi öyrədə bilməz,,biz məgər kurikulumla təhsil almışıq, ən yaxşısı da ənənəvi tehsildi

  • Abasova
    İyul 21, 2020 - 12:46

    Rus bolmesi uzre voobshe kitab yoxdur.Ne cixirsa ancaq az sektora.Rus bolmesine kurikulum 1 kitab olsaydi cox gozel olardi.Cixan kitablar hamizi tercumedi oxuyarken hecne anlamaq olmur.Cox cetindir

  • Sabrina
    İyul 21, 2020 - 15:46

    Kurrikulum çıxarılsın, kimə lazımdır o, heç bir məktəbdə, heç bir müəllim kurrikulumla ders keçmir,
    Birdə özünüz diplom verdiyiniz müəllimləri yoxlayırsız, demək odurki özünüzdə inanırsız və bildiriski bizim universitetlərdə dərs keçirilmir, hər qurtarana diplom verilir, hansı ölkədə müəllimlərin biliyi yoxlanılır, kimə deyirəm hamısı gülür, Siz Mələykə xanım neçədəfə imtahandan keçmirsiz? Heç bir dəfə də, onda niyə işləyirsiz? Hələ bir bir sizi imtahan etməy lazımdır, imtahandan keçməyən ömürlük cəza vermək lazımdır ki, niyə yalandan o yerdə oturub bizlərə axıl verirlər imtahan edirlər

  • Lamiyə
    İyul 21, 2020 - 16:23

    Kurikulum hansi universitet dersliyinde var?
    Salirsiz pedaqogika,metodika lap psixologigadan salin hec olmasa bunlari univeristetde azda olsa kecmisik,oxumusuq,melumatimiz var. 4cu kursu bitirmis telebe kurikulumu harda oxudu? Haqsizliqdir,gulmelidir, hansi prinsip gozlenilir burda axi?

  • Rəvan
    İyul 21, 2020 - 18:25

    Salam.həqiqətən doğru deyirsiz.axır ki bizləri də düşünən biri tapıldı.düz deyirsiz dəyərlimiz bir yandan ölkəmizdə olan vəziyyət-müharibə şəraiti,pandemiya bir tərəfdən də ki mtahan sıxıntısı.buna son qoyulmalıdır.çox haqsızlıq edirlər.evimiz dolu kitablardır.heç çatdırmaqda olmur.

  • Mehriban
    İyul 21, 2020 - 18:29

    Çox dùz dediklerinizle raziyam Elçin mellim.bideki seffavliq deyirsiz niye dimdeki kimi sual kitabçasi cavab karti ùzerinde deyil eLektron fOrmadadI.deyersizki netice tez Olsun deye.amma men deyimki elektron formada Imtahanda kimese şikayetini subut ede bilmezsen.kim karanti verirki cavablara imtahan muddetinde mudaxile edIlmez.setovOy okrujeniya deyilen komputerlerin idare edIlmesI var.lakin kagiz uzerinde olarsa çox deqiq subutlu olar Dim de telebe qebulu kImI.

  • Məhluqə
    İyul 21, 2020 - 19:21

    Çox gözəl danismisiz.Neye lazim bu qeder termin bu qeder gereksiz ifadeler.Onsuzda müəllim her usaga tolerant yanaşmalı və fantaziyası ile dersi catdirmalidir.Muellimler mektebde elave yüklənir və aqressivlesirler.Aqresiyyanin qurbanı sagirdler olur.Men kurrikulum ile oxumamisam amma muellimlerimiz yarislar kecirirdiler,testler hazirlayirdilar əlyazması ile.

  • Sahnaz
    İyul 21, 2020 - 21:03

    Artiq ixtisasmi deyiwmek barede duwunurem Bezmiwem

  • MIQ
    İyul 21, 2020 - 22:23

    TAM DOGRU FIKIRLER
    DOGRU DUZGUN BAXIW.
    COX MENTIQLI ARQUMENTLI CIXIW !!!! UREYIMIZDE YIGILIB QALAN MESELELERE TOXUNDUNUZ TEWEKKUR !
    INWAALLAH KI NEZERE ALINAR BU MUKEMMEL CIXIW !

  • Aygün
    İyul 21, 2020 - 23:23

    Müəllim, əlinizə sağlıq, düşüncələrinizə əhsən 👍 çox düzgün buyurursunuz

  • Narin
    İyul 22, 2020 - 01:53

    hamımıza məlum olan kitabdır, bir aydır ki çıxıb və güclü reklamı olduğu üçün satılır, hələ bəzi online kurs işçiləri də əlbir olub, yaxşı biznesdir nə deyim. Hamı düşünür ki, əşi cəhənnəm olsun 15 manat suallar burdan düşəcəksə bunu da alım, onlardan biri də mənəm. Bütün müəlliflərin kitablarını eve doldurmuşam, hərəsi bir cür yazıb, bilmirem hansına inanım 😵

  • Rafiq
    İyul 22, 2020 - 22:29

    Doğru sözə nə deyəsən…

  • Nəzrin
    İyul 23, 2020 - 21:42

    Hərə bir kitab buraxır hərə bir qəzəl oxuyur.Biri mövzulardan çıxardır o biri əlavə edir

  • Aynur
    İyul 24, 2020 - 01:52

    Universiteti bitiren bir insana imtahan etmeye cehd edersen bele olar ancag ele isbazlar pulbazlar ortada gezenler gazanar .imtahanin kecilirilmesi bele edaletsizdi ve dogru deyil.

  • Fərid
    İyul 25, 2020 - 17:57

    Bu kurikulum kimə lazımdı?!İxtisasımızı unutmuşuq,düşmüşük kurikulumun arxasınca.Oxu,oxu bitmir mövzu,gündə bir nəzəriyyə,daha nələr.Kaş ki bu kurikulum olmazdı.

Mehriban üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*