“Müharibə davam edərsə, vəziyyət qorxulu olacaq” – Ekspert qlobal aclıq təhlükəsindən DANIŞDIbackend

“Müharibə davam edərsə, vəziyyət qorxulu olacaq” – Ekspert qlobal aclıq təhlükəsindən DANIŞDI

Tarix boyu müharibələr minlərlə insanın ölümünə və fəlakətinə səbəb olub. Bununla yanaşı müharibə özü ilə bərabər xalqlara və millətlərə aclıq və səfalət gətirir. Son illər dünyada baş verən təhlükəli tendensiyalar sanki bir-birini əvəzləyir. Hələ pandemiyadan çıxmamış bəşəriyyət dəhşətli müharibənin şahidi oldu.  Bu mənada indi qlobal ərzaq böhranı və aclıq ciddi təhdidə çevrilib. Bu günlərdə Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin bildirib ki, 2022-ci ilin sonuna qədər dünyada qlobal aclıq olacaq.

Maraqlıdır, qlobal aclıq həqiqətən də yaşanacaqmı? Bununla necə mübarizə aparmalıyıq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, hazırda buğda istehsalı, təadürükü və ixracı  sahəsində ciddi problemlər var: “Rusiya-Ukrayana müharibəsi qida sahəsidə olan vəziyyəti bir qədər də gərginləşdirib. Qlobal ərzaq böhranı ilə bağlı problemlər əslində ötən ilin əvvəlindən başlayıb. Pandemiya ilə bağlı sərt məhdudiyyətlər aradan qaldırıldıqdan sonra ilk növbədə buğda istehsalı və tədarükü sahəsində ciddi çatışmazlıqlar orataya çıxdı. Rusiya və Ukrayna kimi ölkələr öz ixracatına kvota tətbiq etməyə başladı. Hələ o dövrdə müharibə yox idi. Rusiya-Ukrayna müharibəsinin başlaması ərzaq istehsalına əlavə və daha ağır problem yaratdı. Azərbaycanın ən çox buğda idxal etdiyi ölkələr Rusiya və Ukrayna idi. Azərbaycan üçün bu sahədə hansı çətinliyin yarandığı artıq məlumdur”.

Ekspert: Növbəti ilə ötən 9 aydan daha yüksək nəticələrlə qədəm qoyacağıq |  1news.az | Xəbərlər

İqtisadçı fikirlərinə belə davam edib: “Bununla yanaşı dünyada neftin qiymətinin yüksəlməsi fonunda enerji daşyıcılarının da dəyəri xeyli artıb. Belə olan təqdirdə ərzaq məhsullarının qiyməti də yüksəlib. Ona görə də ilin ikinci yarısında ciddi ərzaq böhranı təhlükəsinin olacağı realdır. Əgər müharibə davam edərsə, vəziyyət daha təhlükəli olacaq. Ona görə də indidən bu istiqamətdə müvafiq addımlar atılmalıdır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*