Müharibə təhlükəsi böyüyür? – İran ABŞ və İsrailə qarşı planını elan etdibackend

Müharibə təhlükəsi böyüyür? - İran ABŞ və İsrailə qarşı planını elan etdi

İran ABŞ və İsrailin mümkün hücumlarına cavab olaraq genişmiqyaslı hərbi plan hazırladığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, rəsmi şəxs ABŞ mediasında İranın infrastrukturuna mümkün zərbələrlə bağlı yayılan məlumatları “ağılsızlıq” adlandırıb.

Onun sözlərinə görə, Tehran mümkün hücumlara qarşı cavab tədbirlərini əvvəlcədən planlaşdırıb.

“Hazırlanan plan İsrailin həyati əhəmiyyətli infrastrukturunu və ABŞ-ın regiondakı enerji obyektlərini əhatə edir. Biz bu ssenariyə tam hazırıq”, – deyə təhlükəsizlik rəsmisi bildirib.

Rəsmi əlavə edib ki, İran Silahlı Qüvvələri həm əvvəlki hərbi qarşıdurmalar zamanı, həm də son həftələrdə baş verən hadisələr fonunda belə cavab vermək imkanına və iradəsinə malik olduğunu nümayiş etdirib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*