“Müharibə veteranlarının aylıq müavinəti qaldırılsın” – Siyavuş Novruzovbackend

"Müharibə veteranlarının aylıq müavinəti qaldırılsın" - Siyavuş Novruzov

“Müharibə veteranlarının aldığı aylıq müavinətin məbləği artırılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, ölkədə kommunal qiymətlərin artımı müharibə veteranlarına verilən aylıq məbləğə bir daha baxılmasını zəruri edir:

“Təklif edirəm ki, bu məbləğ heç olmasa 130 manata qaldırılsın”, – deyə S.Novruzov əlavə edib.

Qeyd edək ki, müharibə veteranlarının aylıq müavinəti 80 manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*