“Müharibə zamanı mobil rabitəni söndürmək mümkün deyildi” – Stepan Melkumyanbackend

“Müharibə zamanı mobil rabitəni söndürmək mümkün deyildi” - Stepan Melkumyan

“Artsaxa qarşı döyüş əməliyyatları zamanı təhlükəsiz rabitə ilə bağlı problemlər yaranmışdı ki, bu da cəbhə xəttində mobil rabitəni söndürməyi qeyri-mümkün etmişdi”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Stepan Melkumyan 30 sentyabr 2020-ci il tarixdə münaqişə zonasına səfər etdiyini və bir çox insanın ordu ilə hərbi əlaqə qurduğunun şahidi olduğunu bildirib: “Ön xəttdə cib telefonları ilə döyüşən əsgərlər çox idi. Təmas xəttinin ərazilərində xidmət göstərən əsgərlərin mobil rabitədən istifadə etməməyi israr etdim. Söndürdülər, lakin təcili yardım qruplarından cəbhə bölgəsinə gedə bilmədikləri barədə şikayətlər gəlməyə başladı.

Yəni təcili yardımın da etibarlı bir əlaqə vasitəsi yox idi, ona görə də mobil rabitədən istifadə edirdilər. Nəticədə stansiyalar açıldı və nəticəsi hər kəsə məlumdur. Cəbhə xəttində olan bir əsgərin, xüsusilə də aktiv döyüş əməliyyatları şəraitində yanında cib telefonu olmamalı idi. Ümumiyyətlə, hesab edirəm ki, bu ərazilərdə mobil rabitənin qanunvericilik səviyyəsində fəaliyyətini qadağan etmək lazımdır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*