“Müharibədən qaçmaq üçün Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilməlidir” – Xzmalyanbackend

"Müharibədən qaçmaq üçün Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilməlidir" - Xzmalyan

“Biz indi əslində 3-cü Dünya Müharibəsi şəraitindəyik və bu, mübaliğə deyil”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan erməni mediasına müsahibəsində deyib.

“Aİ-nin müşahidə missiyasının Qarabağa göndərilməsi zəruridir, lakin kifayət deyil. Beynəlxalq sülhməramlı qüvvələrə ehtiyac var, çünki bu ərazi bir müddət mübahisəli ərazi olaraq qalacaq.

Əgər biz siyasi gündəliyimizi düzgün qursaq, dünyaya sübut edəcəyik ki, ermənilər Azərbaycanın təırkibində yaşaya bilməz. Qarabağda beynəlxalq qüvvələr olmalıdır ki, biz müharibədən qaça bilək. Təbii ki, ruslar buna qarşıdır, çünki onlar üçün Qarabağ regiona nəzarət etmək və fiziki olaraq orada qalmaq üçün yeganə imkandır. Ona görə də hər vasitə ilə buna qarşı çıxacaqlar və biz buna hazır olmalıyıq”, – Xzmalyan deyib.

O, Rusiyanın sülhməramlı missiyasının fəaliyyətindən də danışıb.

“Biz əslində 3-cü Dünya Müharibəsi şəraitindəyik və bu, şişirtmə deyil, reallıqdır. Ukraynaya qarşı qeyri-insani və barbar müharibə aparan Rusiyanı cilovlamaq üçün bir çox dövlətlər birləşib.

Həmin ölkənin hərbi hissəsinin Praqada sülhməramlı adlandırılması sadəcə olaraq absurd və gülüncdür. Rusiya sülhməramlıları öz imperial ekspansionist maraqlarını təmsil etmək və qorumaq üçün oradadırlar”, – deyə erməni siyasətçi bildirib.

Onun fikrincə, Qarabağ problemi sovet hakimiyyəti dövründə Rusiya imperiyasının iki qonşu dövlətə nəzarət etməsi üçün yaradılıb.

“Bütün müharibələrin kökündə ədalətsizlik dayanır. Bu ədalətsizlik düzəlməyincə Qarabağ kimi münaqişələr səngimir. Ermənistanın inkişafını Qarabağ məsələsindən ayırmaq mümkün deyil. Çünki Ermənistanın müstəqilliyi əsasən Qarabağ hərəkatının nəticəsi idi. Bu, Sovet İttifaqını dağıdan ilk milli azadlıq hərəkatı idi.

Bunu xüsusilə indi xatırlamaq vacibdir, çünki onun varisi Rusiya indi eyni səbəblərdən parçalanacaq. Burada bumeranq qanunu da var. Cəza geri qayıdır. Çünki Rusiya Federasiyasının gündən-günə böyüyən və onun parçalanmasının əsas səbəbi olacaq daxili problemləri yenidən Qarabağ məsələsinin alovu ilə ağırlaşır”, – deyə Xzmalyan fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*