Müharibəyə diplomatik yolla son qoymaq üçün bütün cəhdlər Putinə görə uğursuz olub.
KONKRET.az xəbər verir ki, bu fikri İtaliyanın xarici işlər naziri Luici Di Mayo “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.
Nazir biıdirib ki, Ukraynada müharibəni diplomatiya yolu ilə bitirmək mümkündür, lakin Qərb dövlətlərinin bu məsələdə bütün vasitəçilik cəhdləri Putinə görə uğursuzluğa düçar olub. Gələcəkdə atəşkəs bağlamaq şansı əldə etmək üçün Rusiya dinc sakinləri atəşə tutmağı dayandırmalıdır.
“Diplomatiya işləyir, lakin bütün vasitəçilik cəhdləri Putinə görə uğursuzluğa düçar oldu. Zelenski dəfələrlə açıqlıq əlamətləri göstərib, lakin Putin həmişə onları rədd edib. Yol diplomatik həlldir, lakin atəşkəsə yalnız o zaman nail olmaq olar ki, Rusiya ordusu Ukraynanın dinc sakinlərini bombalamağı dayandırsın”, – deyə Di Maio bildirib.
İtaliyanın xarici işlər naziri həmçinin bəyan edib ki, Ukrayna Rusiyanın əsassız təcavüzündən özünü müdafiə etmək hüququna malikdir. Onun sözlərinə görə, Roma öz səfirliyi vasitəsilə Moskva ilə diplomatik əlaqələri davam etdirir və gələcəkdə müharibənin sülh yolu ilə həllinə ümid edir.
UPA həmçinin bildirib ki, yeni danışıqlar yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə başlaya bilər. Danışıqlar qrupunun rəhbəri və “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamianın sözlərinə görə, bu, avqustda, ölkəmizin möhkəmlənmiş mövqe alacağı vaxt baş verə bilər.
Xuraman Etibarlı,
KONKRET.az
