Muradovdan İLGİNC AÇIQLAMA: “Rusiyalı sülhməramlıların Qarabağda qalma müddəti uzadılacaq”backend

Muradovdan İLGİNC AÇIQLAMA: “Rusiyalı sülhməramlıların Qarabağda qalma müddəti uzadılacaq”

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov doğulduğu Dağıstana qayıtdıqdan sonra Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüşüb və deyib ki, sülhməramlı kontingentin Qarabağda yerləşmə müddəti uzadılacaq: “Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən münaqişənin bitməsindən sonrakı 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma vaxtının uzadılması barədə qərar veriləcək”.

Bu barədə KONKRET.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan şahinoğlu fikir bildirib: “Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir. 10 noyabr razılaşmasına görə tərəflərdən biri, yəni Azərbaycan istəməsə 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidir. Biz buna hazırlaşırıq. Bunu Rüstəm Muradov da bilməmiş deyil. Rusiyalı rəsmilər doğru olaraq sülhəməramlı kontingentin vaxtının uzadılması barədə heç nə demir, açıqlama vermirlər. Ancaq onlar bu barədə bağlı qapılar arxasında danışırlar, Rüstəm Muradov da bu barədə məhz komandanlığından eşidib və Rusiyanın Qarabağda hələ çox qalacağını bildirib”.

Elxan Şahinoğlu: “Paşinyanın Sərkisyandan elə bir fərqi yoxdur”

Elxan şahinoğlu əlavə edib ki, Rüstəm Muradovun yerinə gətirilən Mixail Kosobokov təyinatından dərhal sonra Bakıya gəlmək əvəzinə İrəvana gedib: “Onun Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi Kremlin Bakıya xoş olmayan mesajıdır. Azərbaycan ərazisində xidmət edəcək komandanın Qarabağdakı fəaliyyətini ilk əvvəl Ermənistanın müdafiə naziri ilə müzakirə etməsi Kremlin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatıdır. Başqa təxribat da odur ki, rəsmi bakı ilə razılaşdırmadan separatçı Abxaziyada xidmət edən hərbçini Azərbaycana təyin ediblər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*