Müsavat Partiyası İcra hakimiyyətinə etiraz etdi: Mitinq keçirilməyəcəkbackend

Müsavat Partiyası İcra hakimiyyətinə etiraz etdi: Mitinq keçirilməyəcək

Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinq keçirilməyəcək.

KONKRET.AZ xəbər verir ki, bu barədə APA-ya partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 yer təklif etmişdi: “Lakin Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz sayırıq və buna etiraz olaraq İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəyik. Noyabrın 12-də BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndərəcəyik”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə bu gün cavab verib.

Bildirilib ki,  BŞİH-də müraciətə baxılıb və və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*