Müxalifət Saakaşvilinin xahişi ilə bu aksiyanı dayandırdıbackend

Müxalifət Saakaşvilinin xahişi ilə bu aksiyanı dayandırdı

Müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndələri Mixail Saakaşvilinin xahişi ilə aclıq aksiyasını dayandırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə partiyanın sədri Nika Meliya deyib.

“Ötən gün Saakaşvili aclıq aksiyası keçirənlərdən aksiyanı dayandırmağı xahiş etdi, əks halda özünün də aclığa başlayacağını bildirdi. Saakaşvilinin aclığa başlaması ölümcü olardı, ona görə də yoldaşlarla mübarizənin növbəti mərhələsinə keçməyi qərara aldıq. Ölkədə ədalət bərpa olunmayınca, biz güc yolundan kənar olan müxtəlif mübarizə tədbirləri həyata keçirəcəyik”.

Qeyd edək ki, Saakaşvilinin azad olunması tələbi ilə 150-dən çox insan aclıq aksiyası keçirirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*