Müxalifətçi deputatlar mandatından MƏHRUM EDİLƏ BİLƏR – Ovannisyanbackend

Müxalifətçi deputatlar mandatından MƏHRUM EDİLƏ BİLƏR - Ovannisyan

Müxalifətçi deputatlar mandatından məhrum edilə bilər.

KONKRET.az xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə hakim partiyanın katibi Artur Ovannisyan deyib.

Ermənistanda hakim “Mülki müqavilə” fraksiyasında müxalifətçi deputatların deputat mandatından məhrum edilməsinin mümkünlüyü ilə bağlı müzakirələr gedir.

Artur Ovannisyan qeyd edib ki, bu müzakirələr ictimai tələbin nəticəsidir, çünki müxalifətin davranışını müşahidə edən və deputat mandatlarından necə istifadə etdiyini görən çoxsaylı vətəndaşlar parlamentin divarları arasında qalmalarının məqsədəuyğunluğu məsələsini gündəmə gətirirlər.

“Belə bir müzakirə var, bu polemika cəmiyyətin irəli sürdüyü ictimai tələblərə görə yaranıb. Müxalifətin davranışını, deputat mandatından necə istifadə etdiyini görən həmvətənlərimiz belə bir tələb irəli sürürlər”,- Ovannisyan bildirib.

Ovannisyan hələ qərarın müzakirə olunduğunu deyib.

“Deputatlar müxtəlif təkliflərlə çıxış edirlər, hələlik yekun qərar yoxdur”, – o qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*