“Müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə İsrail vətəndaşlarına qarşı terror törədilə bilər” – AÇIQLAMAbackend

“Müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə İsrail vətəndaşlarına qarşı terror törədilə bilər” - AÇIQLAMA

İsrail öz vətəndaşlarını həyati zərurət olmadığı təqdirdə Türkiyəyə səfər etməkdən çəkinməyə çağırıb. Bu barədə məlumatı İsrailin xarici işlər naziri Yair Lapid açıqlayıb. Onun sözlərinə görə, tətilə yollanan İsrail vətəndaşlarına İran tərəfindən qarşı terror hücumları hazırlanıb və bu, həyata keçirilə bilər.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, İranda dini dövlət qurulandan bəri İsrail və Tehran arasında zaman-zaman gərginliklər yaşanır: “Bəzən bu gərginliklər pik həddə çatır. İran tərəfi müəyyən dövlətlərdə olan İsrail vətəndaşlarına və ya kəşfiyyatına qarşı müxtəlif əməliyyatlar həyata keçirir. 1990-cı illərdə Argentinada, o cümlədən Almaniya və digər Avropa ölkələrində belə bir terror hücumları təşkil edilib. Hətta 1996-cı ildə bununla bağlı məhkəmə də keçirilib. Son dövrlər İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Xüsusilə də İsrail tərəfindən etirazlar edilir və bunun qarşısının alınması üçün müəyyən addımlar atılır. Eyni zamanda İranın nüvə proqramını işləyib hazırlayan alimlərinə qarşı müəyyən terror hərəkətləri də edilir. İran rejimi qisas alınacağını açıqlayıb. Bu baxımdan müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə İsrail vətəndaşlarına qarşı İran kəşfiyyatı tərəfindən terror aktları törədilə bilər. Belə bir planlama olduğu üçün İsrail öz vətəndaşlarına müraciət edib”.

Oqtay Qasımov: “Qarabağ problemi Rusiya və Türkiyəni üz-üzə gətirə bilər” »  Reyting.az

Politoloq əlavə edib ki, terrorun qarşısını tam almaq mümkün olmur: “Belə bir terror aktının nəzəri baxımdan Türkiyədə həyata keçirilməsi mümkündür. Amma Türkiyənin Milli İstihbarat Təşkilatı da güclüdür. Son bir ildə bir neçə əməliyyat keçirilib və İran kəşfiyyatçıları zərərsizləşdirilib. Belə bir çağırış varsa, demək İsrail tərəfi hansısa məlumatlara malikdir. Amma belə bir təhlükə olsa da, İsrail-Türkiyə münasibətlərinə mənfi təsir göstərməyəcək. Çünki İsrail də Türkiyənin bu məsələyə aidiyyatının olmadığını bilir. Terror aktı törədiləcəyi təqdirdə İran-İsrail münasibətlərinin daha da gərginləşməsi mümkündür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*