Mxitaryan dünya liderlərinə yalvardı: “Gənclərimiz cəbhə xəttində ölürlər”backend

Mxitaryan dünya liderlərinə yalvardı: "Gənclərimiz cəbhə xəttində ölürlər"

Ermənistan milli futbol komandasının kapitanı, İtaliyanın “Roma” futbol klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan ATƏT-in Minsk Qrupu həmsədri ölkələrinin prezidentlərinə – Vladimir Putinə (Rusiya), Emmanuel Makrona (Fransa) və Donald Trampa (ABŞ) açıq məktub ünvanlayıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, futbolçu açıq məktubda prezidentlərə əməlli-başlı yalvarıb.

Onun məktubunda deyilir:

“İkinci həftədir ki, şiddətli döyüşlər davam edir. Gənclərimiz cəbhə xəttində ölürlər. Sizdən artıq dərəcədə, ürəkdən xahiş edirəm, bu humanitar faciəni dayandırın. Tərəfləri sülh danışıqlarına qaytarmaq üçün əlinizdən gələni etməyə çağırıram”.

O daha sonra məktubunda Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların nəticələrinə görə Azərbaycanı həyasızcasına ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*