Nadir Qafarzadə: “Əvvəl ağır oğlan idi, indi “TikTok”da bambılılıq edir”backend

Nadir Qafarzadə: “Əvvəl ağır oğlan idi, indi “TikTok”da bambılılıq edir

Müğənni Nadir Qafarzadə bəzi tanınmış simaların pula görə “TikTok”da özlərini təlxək vəziyyətinə saldıqlarını qeyd edərək onları sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, bu barədə Nadir MTV-də yayımlanan “MTV Maqazin” verilişində danışıb.

O, “TikTok”a girmədən öncə özünü tamaşaçılara “ağır oğlan” obrazı ilə sırıyıb, indi isə orada yüngül hərəkətlər edən tanınmışları yerdən yerə vurub:

“Efirə çıxıb, kişi-kişi danışırdılar. İndi baxırsan “TikTok”da bambılılıq edir. Bəs, nə oldu? Deməli sən o “TikTok”dakı vəziyyətində idin və efirə çıxdığın zamanlar obraza girmişdin, aktyorluq edirdin. Normal qadına da, kişiyə də “TikTok”da hoqqa verib oyun çıxartmaq yaraşmır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*