Naməlum şəxslər qoşunların Qazaxıstan ərazisindən çıxarılmasını tələb edərək Ermənistanın Moskvadakı səfirliyini partlatmaqla hədələyiblər.
KONKRET.az xəbər verir ki, Ermənistanın diplomatik nümayəndəliyindəki mənbələr SputnikArmenia-ya bildiriblər ki, hücum edənlər öz hədələrini e-poçt ünvanına göndəriblər.
Bina yoxlanılıb, heç bir partlayıcı qurğu aşkar edilməyib, səfirliyin mühafizəçiləri yüksək mühafizəyə keçirilib.
KTMT sülhməramlı kontingentinin tərkibində 100 erməni əsgəri strateji obyektlərin mühafizəsini həyata keçirəcək.
Eyni xəbərdarlığı Belarus səfirliyi də alıb, ehtiyat tədbirləri görülüb.
Xuraman Etibarlı,
KONKRET.az
