Narkomaniyaya STOP: Marixuana ilə “peredoz”un SİPTOMLARI və mübarizəbackend

Narkomaniyaya STOP: Marixuana ilə "peredoz"un SİPTOMLARI və mübarizə

Marixuana haqqında hər zaman mübahisələr olub. Bəziləri bunu təbii vasitə adlandıraraq ziyansız adlandırır. Amma yanılırlar. Hətta müəyyən müsəlmanlar da spirtlini haram saydığı üçün içmir, lakin narkotik bitkilərinə halal deyib istifadə edirlər. Absurddur. Sadəcə, Azərbaycandakı müsəlmanların əksəriyyəti şiə olduğu üçün bu yalana inanır. İran isə şiəlikdən istifadə edib özünün ixrac etdiyi narkotiklərə alıcı sayını çoxaldır.

KONKRET.az son dövrlər sərhəd tanımayan bəlanın həddən artıq qəbulu və yarana biləcək problemlərdən bəhs edəcək.

Bu bitkilərdən asılılıq aram və özünü biruzə vermədən yaranır. Çoxları bunu içkidən daha az zərərli sayır, ancaq tetrahidrokannabinolun orqanizmdə qalıcılığından xəbərsizdirlər:

– 1 həftə qanda;
– 1 ay sidikdə;
– 6 ay saçda.

Mütəmadi istifadədə toksik elementlər beyin, ağciyər, cinsi orqanlarda toplanır və dağıdıcı fəaliyyətini davam etdirir. Çox çəkəndən sonra nəşə həmin parlaq effekti vermir və insan dozanı artırmağa başlayır. Bütün bunlar isə “peredoz” ehtimalını artırır:

– işığa reaksiya verməsə də, bəbəklər genişlənir;
– dərinin rəngində ağarma və tərləmə;
– ağzın quruması;
– güclü ürək döyünməsi, ürək nahiyyəsində ağrılar, arterial təzyiqin qalxması;
– başgicəllənmə;
– ürəkbulanma;
– nəfəs almaq çətinliyi;
– əl və ayaq qurtaracaqların əsməsi;
– hərəkət koordinasiyasının itməsi;
– qüsurlu nitq;
– panik atak, sayaqlama, hallüsinasiya;
– zaman və məkan oriyentasiyasının itməsi;
– Koma həddinədək huşun itirilməsi.

Çətənə ilə yaranmış bu vəziyyət bir neçə saat davam edə bilər. Ölüm ehtimalı az olsa da, intoksikasiyadan çıxış 2-3 həftə çəkəcək.

İlk tibbi yardım

Kömək narkotikin orqanizmə hansı yolla düşdüyündən asılıdır.

• Peroral (ağızdan) qəbul zamanı (dərman) insanı qusdurmalı və mədə yuyulmalıdır.
• Nəşə çəkəni tüstüsüz otaq və ya təmiz havaya çıxarmaq lazımdır.
• Hüzur yaratmalı, parlaq işıq və yüksək səsdən qorumaq gərəkdir.
• Qızdırma qalxıbsa, alın və boyuna müvafiq kompreslər qoyulmalı, yaxud baş islaq dəsmala bürünməlidir.
• Huşunu itirsə, böyrü üstə uzatmaq lazımdır ki, aspirasiya baş verməsin. Yəni mədə və qusmaq suları nəfəs borusuna getməsin, dil qatlanmaya da diqqət yetirmək önəmlidir.

• Bunları bilsək belə, təcili yardım briqadasını çağırmaq lazımdır.

Davamlı marixuana istifadəsinin fəsadları:

a) diqqəti bir yerə cəmləmək qəlizləşir, yaddaş zəifləyir. Eyforiya əvəzinə depressiya, narahatlıq, panik atak hiss olunur. Psixoz, nevroz, ipoxondriya inkişaf edir;
b) ağciyərlə bağlı xroniki xəstəliklər (bronxit, emfizema) genişlənir. Daimi öskürək narahat edir. Ağciyər xərçənginin riski artır;
c) hər çəkilən nəşə taxikardiya, arterial təzyiq oynamasına səbəbdir. Zamanla bu, hipertoniya, aritmiya, toksik miokardit, kəskin koronar çatışmazlıq, infarkt, miokarda gətirir;
d) Libido (ehtiras) hormonal fon əziyyət çəkir. Nəşə kişilərdə potensiya, qadınlarda sonsuzluq problemlərinə yol açır;
e) baş ağrıları (tez-tez) vaxtaşırı hal alır. Çünki kannabinoidlər beyinin funksiyalarını pozur.

Daimi halsızlıq, qaraciyərin sıradan çıxması da nəşənin verdiyi fəsadlar arasındadır. Asılığın müalicəsi ev şəraitində mümkünsüzdür. Çünki xəstəxanada belə pasientlərin orqanizmi toksinlərdən təmizlənir, abstinent sindrom – “lomka” aradan götürülür, ümumi müayinə aparılır, reabilitasiya planı hazırlanır. Narkoaludəçilikdən tamamilə qurtulmaq üçün psixoterapiya kursu vacibdir.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*