NATO-nun baş katibi Mark Rutte Ukraynaya təcili dəstək verməyə çağırıb.
KONKRET.az xəbər verir ki, baş katib bunu Kanadanın “Adazi” hərbi bazasında keçirdiyi mətbuat konfransında deyib. O, Rusiyanın Ukraynanın enerji sistemini məhv edəcəyini bəyan edib və Kiyevə mümkün qədər çox silah, xüsusən də hava hücumundan müdafiə raketləri verməyə çağırıb. Rutte hesab edir ki, yalnız bundan sonra Ukraynanın müstəqil və suveren ölkə kimi qələbəsini təmin etmək mümkündür.
Vəli Həsənoğlu,
KONKRET.az