NATO güzəştə getməyəcəyini deyir, Qruşko isə Qərbi hədələyir: Qarşıdurma nə ilə nəticələnəcək?backend

NATO güzəştə getməyəcəyini deyir, Qruşko isə Qərbi hədələyir: Qarşıdurma nə ilə nəticələnəcək?

NATO-nun baş katibi Stoltenberq bildirib alyansın genişlənmə məsələsində güzəştə getməyəcəyini açıqlayıb.

KONKRET.az xarici mediya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Polşa radiosunda çıxışı zamanı  təşkilatın genişləndirilməsi və şərqdə qoşunların yerləşdirilməsi məsələsində güzəştə getməyəcəyini bildirib:

“Biz indi Avropanın təhlükəsizliyi üçün kritik məqamdayıq. Biz  Rusiya ilə danışmalıyıq və ona bütün İttifaq dövlətlərinin mövqeyini çatdırmalıyıq. Əgər söhbət prinsipial mövqe sərgiləməkdən gedirsə, biz heç bir güzəştə getməyəcəyik. Nato-ya daxil olub-olmamasına rəğmən hər bir ölkə öz yolunu və qərarlarını seçməkdə sərbəstdir” – Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, alyans üzvləri üçün xüsusilə Avropanın şərqinə qoşun yeritmək və “bütün müttəfiqləri qorumaq hüququ” çox vacibdir.

Xatırladaq ki, çərşənbə günü Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. İclasda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko qeyd edib ki, Rusiya ilə Qərb arasındakı münasibətlərin daha da pisləşməsi Avropanın təhlükəsizliyi üçün gözlənilməz və ağır nəticələrə gətirib çıxara bilər.

Beləliklə Kreml alyansın postsovet ölkələri ilə hərbi əməkdaşlığına son qoymaqda, onların ərazisində baza yaratmaqdan çəkindirməkdə, Rusiya sərhədi yaxınlığında silahların yerləşdirilməsini məhdudlaşdırmaqda, ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmaqda və NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaqda israrlıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*