Rusiya hücumu: Polşaya naməlum obyekt düşdübackend

Rusiya hücumu: Polşaya naməlum obyekt düşdü

Rusiyanın Ukraynaya gecə hücumu zamanı Polşa ərazisinə naməlum obyekt düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.

Məlumata görə, F-16 qırıcısı onu ələ keçirməyə çalışsa da, bir neçə dəqiqədən sonra hədəf radarlardan itib.

Daha sonra Tarnava-Koloniya kəndi yaxınlığındakı tarlada diametri təxminən 10 metr olan bir çuxur və naməlum bir obyektin qalıqları aşkar edilib.

Hadisə yerində polis, hərbçilər, təhlükəsizlik xidmətləri və prokurorluq əməkdaşları işləyir.

Polşa hakimiyyəti hələlik əraziyə nəyin düşdüyü barədə məlumat verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*