NATO ilə müharibə olarsa, Rusiya ilk bunları vuracaqbackend

NATO ilə müharibə olarsa, Rusiya ilk bunları vuracaq

Rusiya NATO tərəfindən birbaşa təhlükə ilə üzləşəcəyi təqdirdə ilk növbədə nüvə silahlarının daşıyıcılarını zərərsizləşdirməyə çalışacaq.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik “Lenta.ru”ya müsahibəsində deyib.

Müzakirələrə səbəb “Voennaya xronika” teleqram kanalında yayılan məlumat olub. Bildirilib ki, genişmiqyaslı münaqişə baş verərsə, Rusiyanın mümkün hədəflərindən biri NATO-nun Mərkəzi Avropadakı hərbi boru kəmərləri şəbəkəsi – “Central Europe Pipeline System” (CEPS) ola bilər. Şəbəkənin ümumi uzunluğunun təxminən 5,5 min kilometr olduğu qeyd edilir.

Kolesnik belə infrastruktura zərbələrin mümkün olduğunu desə də, açıq qarşıdurma şəraitində əsas hədəflərin nüvə silahları ilə əlaqəli obyektlər olacağını vurğulayıb.

Deputatın sözlərinə görə, söhbət ilk növbədə Fransadakı şaxta tipli ballistik raketlərdən, eləcə də Britaniyanın ballistik raketlərlə təchiz edilmiş atom sualtı qayıqları da daxil olmaqla digər nüvə daşıyıcılarından gedir.

O bildirib ki, məhz bu sistemlər ən böyük təhlükə yaradır. Kolesnik həmçinin hesab edir ki, adi silahlarla başlanacaq hipotetik müharibə sonradan daha güclü silahların tətbiqinə və geniş eskalasiyaya səbəb ola bilər.

Deputat əlavə edib ki, belə bir müharibədə qalib tərəf olmaya bilər. O, Avropa ölkələrini siyasi qərarlar qəbul edərkən mümkün eskalasiya risklərini nəzərə almağa çağırıb./publika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*