NATO-nun keçmiş komandanı: “Rusiya ilə müharibəyə hazır olun!”backend

NATO-nun keçmiş komandanı: "Rusiya ilə müharibəyə hazır olun!"

“Qərb Vladimir Putinə öz ciddiliyini göstərmək üçün Rusiya ilə müharibəyə hazırlaşmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu NATO-nun Avropa üzrə ali baş komandanının keçmiş müavini, general Riçard Şirreff BBC-yə bildirib ki,

Onun sözlərinə görə, hərbi məqsədlərin açıq-aşkar eskalasiyası “tamamilə düzgün yanaşmadır”. “Əhəmiyyətli resurslar buna ayrılmalıdır və bu, bütün alyansda edilməlidir”, – Şirreff bildirib.

Eyni zamanda, NATO-nun keçmiş komandanı Vladimir Putinin aqressiv reaksiya verə biləcəyi barədə xəbərdarlıq edib, lakin bu eskalasiyanın “Qərbin ciddiliyini” göstərmək üçün lazım olduğunu bildirib.

“Ən pis variant Rusiya ilə müharibədir. Ən pisə hazırlaşmaq çox güman ki, Putini çəkindirəcək, çünki nəhayət, Putin gücə hörmət edir”, – deyə Şirreff bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*