Britaniyanın müdafiə naziri Qrant Şapps neytral ölkələri NATO-ya üzv olmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Qeyd olunub ki, söhbət ilk növbədə İrlandiya, Malta, Avstriya və İsveçrədən gedir.
Qrant Şappsın sözlərinə görə, NATO-nun “nüvə çətirindən” istifadə edən neytral ölkələr alyansa qoşulmalıdır.
“Mən təkid edəcəyəm ki, NATO-ya alyansın müdafiəsindən faydalanan hər kəs daxil olsun. Bəzi Avropa ölkələri blokun mövcudluğundan səmərəli şəkildə faydalanır, azadlığın faydalarından istifadə edir, lakin qitənin kollektiv mühafizəsinə qoşulmur”, deyə o əlavə edib.
Burhan,
KONKRET.az