NATO ölkələri ABŞ-a MÜRACİƏT ETDİbackend

NATO ölkələri ABŞ-a MÜRACİƏT ETDİ

Avropadakı NATO ölkələri ABŞ administrasiyasına xüsusi müraciət ünvanlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan Qərb mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, ABŞ Avropadakı hərbi gücünü əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə onların məlumatlandırılması və bu barədə xəbərdarlıq edilməsi təmin olunmalıdır.

Qərb bununla “NATO”nun müdafiə sabitliyinin pozulmaması qənaətindədir. Məlumatlara əsasən, Aİ ölkələri ABŞ-ın hazırda Avropada olan 80 min əsgərindən ən azı 10 minə qədərini geri çağıracağını düşünür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*