NATO-Rusiya gərginliyi artır – Üçüncü Dünya Müharibəsi bu dövlətlər arasında başlayacaqbackend

NATO-Rusiya gərginliyi artır - Üçüncü Dünya Müharibəsi bu dövlətlər arasında başlayacaq

Müasir dünyada artan hərbi qarşıdurmalar, böyük güclər arasında dərinləşən siyasi rəqabət və regional müharibələrin genişlənməsi Üçüncü Dünya müharibəsi ehtimalı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs, mövcud qlobal gərginliklər real olaraq Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda dünyada ciddi geosiyasi böhran mərhələsi yaşanır və əvvəlki beynəlxalq nizam faktiki olaraq dəyişmək üzrədir.

Məhəmməd Əsədullazadə

Onun sözlərinə görə, bu tendensiya xüsusilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dünya liderlərinin açıqlamalarında da açıq şəkildə hiss olunur.

Politoloq qeyd edib ki, yeni siyasi dünya düzəni formalaşır və paralel olaraq müxtəlif regionlarda müharibələr davam edir.

Ekspert hesab edir ki, hazırkı qarşıdurmalar artıq qlobal münaqişənin elementlərini xatırladır:

“Əgər ABŞ tərəfindən İrana qarşı hərbi müdaxilə baş versə, bu, dünya müharibəsinin bir forması kimi qiymətləndirilə bilər. Eyni zamanda Rusiya ilə Ukrayna arasındakı müharibə, Yaxın Şərqdəki proseslər və digər geosiyasi addımlar qlobal qarşıdurmanı dərinləşdirir.

Mövcud vəziyyət gələcəkdə NATO ilə Rusiya arasında birbaşa qarşıdurma riskini də artırır. Beynəlxalq münasibətlərdə “kim güclüdürsə, o, haqlıdır” prinsipinin üstünlük qazanması nüvə təhlükəsini daha da yüksəldə bilər”.

Politoloq əlavə edib ki, genişmiqyaslı Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün yeni danışıqlar mexanizmləri və sülh formatları hazırlanmalı, böyük güclər arasında balans yaradılmalıdır.

Onun qənaətinə görə, hazırkı gərginliyin əsas hərəkətverici aktorları ABŞ, Rusiya və İrandır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*