“NATO təlimatçıları Ukraynanı Donbassda hərbi əməliyyatlara hazırlayır” – Patruşev AÇIQLADIbackend

“NATO təlimatçıları Ukraynanı Donbassda hərbi əməliyyatlara hazırlayır” - Patruşev AÇIQLADI

“NATO təlimatçıları Ukraynanı Donbassda hərbi əməliyyatlara hazırlayır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, məqsəd Ukrayna ilə Rusiya arasında silahlı qarşıdurma yaratmaqdır:

“NATO ölkələri öz hərbi müşavirlərini və təlimatçılarını bir məqsədlə göndəriblər. Məqsəd Kiyev rejimini problemin güc yolu ilə həllinə hazırlamaq və Rusiya ilə silahlı qarşıdurmaya təhrik etməkdir” – o vurğulayıb.

Patruşev ABŞ-ın bütün dünyada yerləşdirilən bioloji laboratoriyalar şəbəkəsindən də danışıb. Onun sözlərinə görə, bu labaratoriyaları ABŞ Ukraynada keçirilən xüsusi hərbi əməliyyat sayəsində əldə edə bilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Zaporojye alüminium zavodunda saxlanılan xarici silahların böyük hissəsinin “Kalibr” raketləri ilə məhv edildiyini açıqlamışdı.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*