Aleksey Navalnının mətbuat katibi Kira Yarmış müxalifət liderinin öldüyünü təsdiqləyib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, sözçü bununla bağlı Alekseyin anası Lyudmila Navalnayanın rəsmi sənəd aldığını vurğulayıb. Həmin sənəddə siyasətçinin fevralın 16-da yerli vaxtla saat 14:17-də dünyasını dəyişdiyi göstərilib.
Yarmışın sözlərinə görə, koloniya işçisi Navalnının cəsədinin Salehardda aparıldığını bildirib. Bu addım İstintaq Komitəsi müstəntiqlərinin “araşdırma” aparması ilə izah edilib.
Mətbuat katibi mərhum liderinin cəsədinin dərhal ailəsinə təhvil verilməsini tələb edib.
Xatirə SADİQ,
KONKRET.az
