Naxçıvanda günvurma və həşərat sancması ilə bağlı müraciətlərin sayı açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, iyun ayından bu günədək muxtar respublikada günvurma ilə bağlı Təcili Tibbi Yardım Mərkəzinə 3 müraciət daxil olub.
Həmçinin 26 əqrəb sancması, 11 arı sancmasından ağırlaşma, 2 dəqiqləşdirilməmiş həşərat sancması ilə bağlı müraciət edilib.
