Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı – Xəsarət alanlar varbackend

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - Xəsarət alanlar var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Cherry” markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*