Naxçıvanın bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaqbackend

Naxçıvanın bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-si saat 21:00-dan etibarən bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq.

KONKRET.az verir ki, fasilə şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrini, 6, 11, 58, 59 və 61-ci məhəllələri, Hərbi şəhərcik 2 ərazisini, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərini əhatə edəcək.

Suyun oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*