Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, vaxtilə Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində çalışmış Samat Abışın işi üzrə istintaq materialları məhkəməyə verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
İstintaqın başlanması ötən ilin sentyabrında elan edilib. Samat Abış Qazaxıstanda 2022-ci ilin yanvar hadisələri zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Baş Prokurorluq izah edib ki, istintaq xeyli miqdarda məxfi sənədlərin öyrənilməsini nəzərdə tutur. Buna görə də işin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşların təşkilində təqsirləndirilən Milli Təhlükəsizlik Komitəsinin 5-ci idarəsinin keçmiş rəisi Ruslan İskakov məhkəmədə bildirmişdi ki, o, Samat Abışın əmrlərini yerinə yetirir.
Natiq Səlim,
KONKRET.az
