Nazir bəstəkarları tənqid etdi: “Filmlərimizdə qorxunc musiqilər səslənir”backend

Nazir bəstəkarları tənqid etdi: "Filmlərimizdə qorxunc musiqilər səslənir"

“Son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqiləri səslənir, niyə bəstəkarlarımız bununla məşğul olmurlar?” 

KONKRET.AZ xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bəstəkarlara səslənərək bu problemin aradan qaldırılmasında iştirak etməyə çağırıb: “Düzdür, biznes mühiti tamam başqa məsələlər diqtə edir, ancaq biz dövlət olaraq yaradıcı ittifaqlara dəstək veririk. Azərbaycan bəstəkarları bununla niyə məşğul olmurlar? Əgər belə getsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa musiqi görməyəcəyik. Ona görə mən bəstəkarlarımızı bu məsələlərdə həssas olmağa çağırıram. Gəlin, bu barədə məsələ qaldıraq, bu kimi problemlər həll olunsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*