Nazirlik Vahid Mustafayevin şirkətini cərimələdibackend

Nazirlik Vahid Mustafayevin şirkətini cərimələdi

Brend saatların satışı ilə məşğul olan “VMF” şirkəti cərimələnib.

KONKRET.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin keçirdiyi monitorinqlər zamanı “VMF” şirkətində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

Şirkətin əməkdaşlarının tibbi maskadan istifadə etməməsinə görə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilib.

Buna görə “VMF” şirkəti 600 manat cərimə edilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinə baxılır. Martın 29-da baxış iclası keçiriləcək.

Qeyd edək ki, “VMF” şirkəti bağlanmış “ANS” TV-nin prezidenti Vahid Mustafayevə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*