Nazirlikdən gözlənilməz qərar – Kimlər pul alacaq?backend

Nazirlikdən gözlənilməz qərar – Kimlər pul alacaq?

Azərbaycanda emal müəssisələrinə təhvil verilən bir sıra kənd təsərrüfatı məhsulları üzrə yeni subsidiyalar tətbiq ediləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə subsidiya əhatəsi genişləndirilir.

Yeni qərara əsasən, emal müəssisəsinə təhvil verilən məhsullar üzrə subsidiyalar aşağıdakı məbləğlərdə müəyyən edilib:

Texniki üzüm – 50 manat/ton

Zeytun – 30 manat/ton

Xurma – 50 manat/ton

Taxta qabıqlı badam – 30 manat/ton

Efir yağı istehsalı üçün qızılgül – 100 manat/ton

Biyan – 10 manat/ton

Pivəlik arpa – 50 manat/ton

Bundan əlavə, ərzaqlıq buğda proqramı davam etdiriləcək. Buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal olunaraq dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək.

Naxçıvan Muxtar Respublikası üzrə isə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*