Avropa ölkələrini 25 min və daha çox amerikalı hərbçi tərk edə bilər.
KONKRET.az xəbər verir ki, bunu NBC News telekanalı yeddi fəaliyyətdə olan və keçmiş amerikalı və qərbli rəsmi şəxsə istinadən xəbər verir. Jurnalistlərin iki mənbəyi qeyd edib ki, azalma daha da böyük — 40 min hərbçiyə qədər ola bilər ki, bu da Avropadakı amerikan kontingentinin təxminən yarısını təşkil edir.
Bütün ehtimallara görə, kontingentin azaldılması Almaniya, İtaliya və İspaniyaya təsir edəcək
NBC News-un mənbələrinin qeyd etdiyinə görə, əsas amerikan qüvvələri məhz bu üç ölkədə yerləşdirilib. Telekanal bildirir ki, bu ölkələrin liderləri İranla müharibə məsələsində ABŞ Prezidenti
Donald Trampla ziddiyyətə girmişdilər.
ABŞ-ın Avropadakı hərbi iştirakının kəskin şəkildə azaldılması planına həmçinin aviasiyanın, gəmilərin və silah-sursatın çıxarılması da daxildir. Əgər bu niyyətlər həyata keçirilsə, bu, soyuq müharibənin başa çatmasından bəri Avropadakı 80 minlik amerikan hərbi iştirakının ən böyük azalması olacaq.
Sentyabrın 18-də NATO-nun Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı və ABŞ Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç ABŞ-ın Avropadakı hərbi iştirakının təhlilinin nəticələrini müdafiə naziri Pit Heqsetə təqdim edəcək. NBC News-un qiymətləndirməsinə görə, Qrinkeviçin hesabatında bir neçə mümkün fəaliyyət variantı nəzərdə tutulacaq: amerikan aviasiyasının,
HHQ-nin şəxsi heyətinin və quru qoşunlarının, yaxud digər qüvvə və vasitələrin sayının azaldılması, habelə kontingentin bir hissəsinin Avropa daxilində NATO-nun şərq qanadındakı ölkələrə yenidən yerləşdirilməsi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
