Nə olsun ki, Rusiya hərbçiləri burdadır? – TƏHLİLbackend

Nə olsun ki, Rusiya hərbçiləri burdadır? - TƏHLİL

Nə olsun ki, Rusiya burdadır?!

Sevindirici hal odur ki, işğal altında olan ərazilər tamamilə azad olunur və Azərbaycanın ərazi bütövlüyü bərpa edilir. İşğal altında olan ərazilər azad olundu və həmin ərazilərdə bir nəfər də olsun erməni hərbçisi olmayacaq. Ermənistanla sərhədboyu ərazilərə Azərbaycan Sərhəd Qoşunları nəzarət edəcək və sərhəd zastavaları Zəngilanda, Laçında, Qubadlıda, Kəlbəcərdə yaradılacaq.

Nə olsun ki, Rusiya hərbçiləri Laçın dəhlizində olacaq?!

Sevindirici hal odur ki, Azərbaycanda yaşamaq istəyən erməni Azərbaycan Respublikası vətəndaşlığını qəbul etməlidir.

Nə olsun ki, Rusiya 5 il nəzarət edəcək?!

Sevindirici hal odur ki, Türkiyə hərbçiləri Xankəndində Sülhməramlı Mərkəzdə olacaq və Rusiya sülhməramlıları ilə nəzarət mexanizmini həyata keçirəcək.

Nə olsun ki, Rusiya sülhməramlıları da ordadı?!

Sevindirici hal odur ki, təmas xəttinə nəzarəti Türkiyə hərbçiləri həyata keçirəcək.

Nə olsun ki, Rusiya da həyata keçirəcək?!

Sevindirici hal odur ki, Kəlbəcər, Laçın, Ağdam, Ağdərə və s. ərazilər döyüş əməliyyatları olmadan, şəhid vermədən siyasi yolla azad edildi.

Nə olsun? Rusiya Ordusu həmin ərazilərdədir?!

Sevindirici hal odur ki, Naxçıvana quru yolla gediş-gəliş bərpa olundu.

Nə olsun ki, Rusiya ordusu nəzarət edəcək.

Sevindirici hal odur ki, 27 il sonra məcburi köçkünlər öz ata-baba ocaqlarına dönə biləcək. Rabitə və nəqliyyat məsələləri, hüquq-mühafizə sistemi və digər məsələlər Azərbaycan Respublikası qanunları çərçivəsində tənzimlənəcək. Xankəndində, Xocalıda, Ağdamda, Kəlbəcərdə və s. hərbi-hissələrimiz yaradılacaq.

Anlayanlara Sayğımla!

Elçin Əfəndi

P.S. 27 il ərzində əldə oluna bilməyən uğur 44 gün ərzində əldə olundu. Düşünürəm ki, səbrli olaq. Gözləyək. Zaman özü hər şeyi bizə göstərəcək. Hansı ki, 3-5-10 il əvvəl bu 44 gündə baş verənləri yalnız xəyal etmək olurdu və ya yuxuda görmək olardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*