Neft bu halda bahalaşacaq – RƏQƏMbackend

Neft bu halda bahalaşacaq - RƏQƏM

İsrail İranın hücumuna cavab olaraq, neft obyektlərinə zərbə endirməklə Tehrana iqtisadi ziyan vura bilər. ABŞ prezidenti Co Bayden bunun nəzərdən keçirildiklərini qeyd edib.

Maraqlıdır, sözügedən ssenari reallaşsa, neftin qiymətində hansı dəyişikliklər ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli mümkün variantları səsləndirib:

“Bu vəziyyətdə bir neçə ssenari ola bilər. Birincisi odur ki, İsrail İranın neft obyektlərinə zərbələr endirməyəcək. İkinci mümkün variant isə rəsmi Təl-Əviv bu addımı atacaq, amma İslam ölkəsi körfəzdə hər hansı problem yaratmayacaq. Üçüncü ssenari isə İsrailin zərbələri nəticəsində İranın körfəzi bağlaması ola bilər. Neft obyektlərinə zərbələr olub da Tehranın cavab verməyəcəyi təqdirdə qiymətlərdə ciddi dəyişiklik olmayacaq. Ancaq İran da cavab olaraq körfəzdə neft axışına mane olacaqsa, bu zaman “qara qızıl”ın qiyməti 100-150 dollar aralığında olacaq”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*