Almaniya kansleri ABŞ-a səfərini ləğv etdibackend

Almaniya kansleri ABŞ-a səfərini ləğv etdi

Almaniya kansleri Fridrix Merz partiyasının seçkilərdə uğursuz nəticə göstərməsindən sonra Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a planlaşdırılan səfərini ləğv edib.

KONKRET.az “Reuters”-ə istinadən xəbər verir ki, Fridrix Merzin ABŞ-a səfərini ləğv etməsi sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağının parlamentinə keçirilən seçkilərdə onun rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (XDİ) zəif nəticə göstərməsi ilə əlaqədar kanslerə daxili siyasi təzyiqlərin artması ilə bağlıdır.

Bu seçkilərdə qələbəni seçicilərin 43,8 faizinin dəstəyini qazanan sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası əldə edib. XDİ 17,2 faiz səs toplayıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə həmin federal torpağın parlamentinə keçirilən əvvəlki seçkilərdə AfD 20,8 faiz, XDİ isə 37,1 faiz səs toplamışdı.

Məlumata görə, sentyabrın 20-də — Meklenburq-Ön Pomeraniya və Berlin parlamentlərinə seçkilərin keçiriləcəyi gün — Merz XDİ rəhbərliyinin növbədənkənar toplantısını təyin edib.

Jurnalistlər qeyd edirlər ki, Fridrix Merzin Almaniya əhalisi arasında dəstəyi azalır. INSA institutunun sentyabrın 10–11-də keçirdiyi sorğuya əsasən, almanların yalnız 14 faizi onun Almaniya kansleri vəzifəsinin öhdəsindən gəldiyini düşünür. Eyni zamanda, respondentlərin 78 faizi Merzin kansler kimi fəaliyyətindən narazı olduğunu bildirib.

Hakim mühafizəkar partiyalar blokunun seçiciləri arasında isə Merzi dəstəkləyənlərin payı cəmi 36 faizdir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*