Nazirlə görüşmək istəyən əsgərlər qarşısında şərt qoyuldubackend

Nazirlə görüşmək istəyən əsgərlər qarşısında şərt qoyuldu

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi komandirlərə nazir Pit Heqsetin qarşıdan gələn çıxışında iştirak edəcək hərbçilərin seçimində müəyyən fiziki və peşəkar tələblərə riayət etməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqonun məktubunda hərbçilərin seçim meyarları açıqlanıb. Namizədlər hərbi bel-boy nisbəti standartlarına cavab verməli, fiziki hazırlıq testlərindən uğurla keçməli və “qüsursuz görünüşə” malik olmalıdırlar.

Bundan əlavə, seçiləcək hərbçilər xidmət etdikləri bölmələrdə yüksək nəticələr göstərməli, təmiz nüfuza malik olmalı, həmkarları və tabeliyində olanlar üçün nümunə təşkil etməlidirlər.

Pit Heqsetin çıxışı sentyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, daha əvvəl Pentaqon rəhbərinin ABŞ hərbi rəhbərliyinin bütün üzvlərini bir araya toplamağı planlaşdırdığı məlum olmuşdu.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*