“Neftçi”nin tanınmış futbolçusu vəfat etdi – FOTObackend

"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO

“Neftçi”nin sabiq futbolçusu Ruslan Lukin vəfat edib.

KONKRET.az Prosport.Az-a istinadən xəbər verir ki, “Neftçi”nin yetirməsi olan veteran hücumçu 54 yaşında dünyasını dəyişib.

Ölkəmizdə “Neftçi”dən başqa, “Dinamo”da (Bakı) da oynamış Ruslan Lukin Moskva “Lokomotiv”, Minsk “Dinamo”su, Beer Şeva “Hapoel”i kimi klubların da formasını geyinib.

O, həm də bir müddət Belarusda məşqçilik fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, noyabrın 21-də Ruslan Lukinin 55 yaşı tamam olacaqdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*