Nənə hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı – FOTObackend

Nənə hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı - FOTO

Rusiyada  bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb.

KONKRET.az xəbər verir ki, qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda – uçuş-enmə zolağından çıxmamış baş verib.

“Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik”, – deyə hadisə şahidi bildirib.

Yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq – oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb.

Sərnişinlər üçün növbəti reys axşama təyin olunub.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*