Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü ilə bağlı QƏRARbackend

Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü ilə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sultan Quliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttihama görə, hadisə 2024-cü il iyunun 12-də axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Sultan Quliyev avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan digər avtomobillə toqquşduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı – 3 yaşlı Duyğu Məmmədlini, 5 yaşlı Uğur Məmmədlini və nənələri 56 yaşlı Mərziyyə Ağaliyevanı vurub.

Hər 3 yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 3 yaşlı Duyğunun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı Sultan Quliyev ərazidən qaçıb, daha sonra o saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 11 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Sultan Quliyev dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

Qeyd: Nənə nəvələri ilə yaxınlarının yas mərasimindən qayıdırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*