“Hazırda evdəyəm, vəziyyətim yaxşıdır”.
KONKRET.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında bu günlərdə əməliyyat olunan Xalq artisti Ramiz Həsənoğlu deyib.
“Yaşla bağlı səhhətimdə müəyyən problemlərim vardı. Əməliyyat olunmalı idim. Artıq dünəndən evdəyəm. Narahat olmayın, hər şey qaydasındadır. Hər şey yaxşıdır və daha yaxşı olacaq. Maraqlanan hər kəsə təşəkkür edirəm”, – deyə R.Həsənoğlu bildirib.
Qeyd edək ki, Xalq artistinin əməliyyat olunduğu ilə bağlı məlumatı ötən gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı yayıb.
