Nensi Pelosinin əri SAXLANILDIbackend

Nensi Pelosinin əri SAXLANILDI

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosi narkotik maddənin təsiri altında avtomobil idarə etdiyi üçün həbs edilib.

 KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Paul Pelosi şənbə gecəsi Kaliforniyanın Napa qraflığında narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.

Şənbə günü yerli vaxtla saat 23.44 radələrində həbs edilən Pelosinin bazar günü səhər saat 04.13-dən 07.26-ya kimi həbsxanada qaldığı və daha sonra sərbəst buraxıldığı bildirilir.

Pelosinin iki ittiham üzrə girovu 5000 dollar olaraq təyin edilib.

ABŞ mətbuatının yazdığına görə, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün spiker kimi iştirak etdiyi mərasimdə əri Pol Pelosinin həbsi ilə bağlı danışmaqdan imtina edib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*