Nersisyan: “Hindistanın tədarük etdiyi hərbi sursatların həcmi artıb”backend

Nersisyan: "Hindistanın tədarük etdiyi hərbi sursatların həcmi artıb"

“Hazırda Hindistan yeganə ölkədir ki, Ermənistana silah tədarük edir və bu prosesi operativ şəkildə də həyata keçirməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, hərbi analitik Leonid Nersisyan jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, “Hələ bununla bağlı rəqəmlər və hərbi sursatlar açıq məlumatlar siyahısına daxil deyil. Amma görünən odur ki, bu silahlar böyük miqyasdadır. Özüyeriyən artilleriyanın olduğunu artıq bilirik. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrində özüyeriyən artilleriya məhdud sayda idi. Bu tədarükdən sonra 44 günlük müharibədəki itkilərin fonunda orduda həmin sursatların təminatı ciddi şəkildə artacaq”.

Rəsmiyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*