Nəsimi Rayon İcra Hakimiyyəti sakinləri susuz qoydubackend

Nəsimi Rayon İcra Hakimiyyəti sakinləri susuz qoydu - FOTOLAR

Rayon ərazisində yerləşən 20 yanvar küçəsinin 19,20-ci binalarında yaşayan sakinlərin sözlərinə görə, bir neçə gün öncə icra hakimiyyətinin əməkdaşları əhalini qabaqcadan xəbərdar etmədən, su tələbatını ödəmək üçün 19 b, 21 b, 27, 29 və digər binalarda konstruksiya olunmuş su çənlərini yığışdırıb. Maraqlıdır ki, buna etiraz edən bina sakinlərini dinləmək istəməyən məsul şəxslər əhaliyə məxsus çənləri sonradan özlərinə satmaq da istəyib.

Belə ki, əhaliyə bildirilib ki, kim istəyərsə, dəmir su çənini 50 manat, plastik çəni isə 20 manata satın ala bilər.

Onu da qeyd edək ki, adıçəkilən binalarda su ehtiyatı toplamaq niyyəti ilə müxtəlif ölçülü çənlər saxlanılırdı.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, sutka ərzində çoxsaylı fasilələrlə verilən sudan tam yararlanmaq mümkün olmadığı üçün bu addımı atmaq məcburyyətində qalıblar. İndi isə icra hakimiyyəti heç kəsə heç nə izah etmədən atdığı bu addımın səbəbini sakinlərə izah etməkdən boyun qaçırır.

Mövzu ilə əlaqədar, qarşı tərəfin münasibətini öyrənmək üçün Nəsimi rayon icra hakimiyyəti ilə nə qədər əlaqə saxlamağa çalışdıq. 012 440 61 71 nömrəli telefona cavab verən şəxs, özü bizə zəng vuracağını desə də, sonradan cavab zəngi gəlmədi.

Reallıq isə ondan ibarətdir ki, adıçəkilən ünvanda yaşayan sakinlər neçə gündür ki, susuzluqdan əziyyət əkir.

Cəmil MƏMMƏDLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*