İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampla danışığında bildirib ki, ölkəsi Livandan qoşunlarını çıxarmaq niyyətində deyil. O deyib ki, ABŞ-İran razılaşmasında qeyd olunan “Livan qeyd-şərti”nə əməl etməyi özünə məcbur saymır.
KONKRET.az xəbər verir ki, bu barədə Ynet portalı israilli mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Netanyahu İsrail Müdafiə Qüvvələrinin hazırda nəzarətdə saxladığı mövqelərdə qalacağını və “Hizbullah” hərəkatından gələn təhdidlərə qarşı əməliyyatları davam etdirəcəyini vurğulayıb.
Bura “terror infrastrukturunun məhv edilməsi” və İsrailə yönələn hücumlara cavab verilməsi də daxildir.
Müşviq Tofiqoğlu
KONKRET.az
